"Azər Türk Bank"ın müştəriləri eyni tariflərlə ABB-nin bankomatlardan istifadə edə bilər

"Azər Türk Bank"ın müştəriləri eyni tariflərlə ABB-nin bankomatlardan istifadə edə bilər
# 28 iyun 2016 13:12 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın iki dövlət bankı - “Azər Türk Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) əməkdaşlığı müştərilərin bankomatlardan istifadə imkanlarını genişləndirib.


"APA-Economics" xəbər verir ki, bu, hər zaman müştərilərinin rahatlığını düşünən “Azər Türk Bank”ın 8 dekabr 2015-ci il tarixindən “AzeriCard” prosessinq mərkəzinə qoşulmasından sonra mümkün olub.

Birincisi, yenilik nəticəsində "Azər Türk Bank"ın müştəriləri çoxsaylı bank xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə etməsinə imkan verib. İkincisi, “AzeriCard” prosessinq mərkəzinə qoşulmaqla "Azər Türk Bank" kart sahiblərinə, həmçinin ölkədə ən böyük bankomat şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankının (ölkə üzrə ümumi 740 ədəd, Bakı şəhəri üzrə 409 ədəd) bankomatlarından istifadə etmə imkanı yaradıb. Başqa sözlə, əgər əvvəllər “Azər Türk Bank”ın müştəriləri ölkə üzrə cəmi 13 bankomatdan istifadə edə bilirdisə, artıq onlar 753 ədəd bankomatdan istifadə etmə imkanına malikdirlər. Burda ən mühüm amillərdən biri odur ki, ABB-nin bankomatları "Azər Türk Bank"ın kart sahiblərinə bankın öz bankomatlarındakı tariflərlə xidmət göstərir. Yəni, "Azər Türk Bank"ın müştəriləri əlavə komisyon ödəmədən ABB-nin bankomatlarından istifadə edə bilir.

Qeyd edək ki, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank”ın səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR