Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 13 iyul 2015 11:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 95-100 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyulun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 103 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

İyulun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 7, Bankədə 12 sm artım, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 sm (2014-cü il iyulun 13-də 290 sm), Şirvanda 177 sm (2014-cü il iyulun 13-də 129 sm), Salyanda 87 sm (2014-cü il iyulun 13-də 60 sm), Bankədə 197 sm (2014-cü il iyulun 13-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2014-cü il iyulun13-də 16 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR