Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
# 11 dekabr 2014 09:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verib: “Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür”.

X.Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə, uğurlu siyasəti daim dəstəkləyir.

Mərasim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR