Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub
# 27 iyul 2014 01:16 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR