Bank Of Baku

Yardımlıda idarə etdiyi avtomobil uçuruma yuvarlanan polis zabiti ölüb

Yardımlıda idarə etdiyi avtomobil uçuruma yuvarlanan polis zabiti ölüb
# 01 aprel 2019 00:51 (UTC +04:00)

Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.

ONA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun ucqar kəndlərindən olan Osnakəranda baş verib.

Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi “Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.

Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib. 

Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR