Suriyada döyüşlərdə iştirakda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Suriyada döyüşlərdə iştirakda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 06 oktyabr 2015 10:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Telman Bəkirov və Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini, Suriyada olmadıqlarını, Türkiyədə yaşadıqlarını deyiblər.


Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.



Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyat zamanı saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR