Fransız deputat: "Parlamentin qərarından qazanan Fransa-Azərbaycan dostluğu oldu"

Fransız deputat: "Parlamentin qərarından qazanan Fransa-Azərbaycan dostluğu oldu"
# 30 iyun 2016 12:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Fransa Milli Assambleyasının (parlament) Xarici İşlər Komissiyasının növbəti iclası olub.

İclasın gündəliyində deputat Fransua Roşbluanın hazırladığı və baxılmaq üçün Komissiyaya təqdim etdiyi “Azərbaycan və Fransa arasında əlaqələrə yenidən baxılması haqqında” Qətnamə layihəsi yer alıb.

Azərbaycanın Dostları Assosasiyasından APA-ya verilən məlumata görə, komissiya üzvləri tərəfindən fəallıqla müzakirə olunan qətnamə layihəsi yekdilliklə rədd edilib.

Azərbaycanın Dostları Assossiasiyasının prezidenti deputat Jan Fransua Mansel bu barədə bəyanat verib. Bəyanatda deputat Roşbluanın “Fransa ilə Azərbaycan arasında əlaqələrə yenidən baxılması haqqında” Milli Assambleyanın Xarici İşlər Komissiyasına təqdim etdiyi qətnamə layihəsinin qəbulolunmaz hesab edilərək rədd edilməsi haqqında Komissiyanın qəbul etdiyi qərarın alqışlandığı bildirilib.

Qeyd olunub ki, qətnamədə Azərbaycan və Fransa arasında mövcud olan yüksək səviyyəli diplomatik əlaqələrə və xalqlarımız arasındakı dərin dostluq münasibətlərinə kölgə salmağa cəhd olunub: “Xarici İşlər Komissiyası Dağlıq Qarabağ üzrə məlumatlandırma mssiyasının yaradılması haqqında qərar qəbul etdi. Əminəm ki, bu missiya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dair haqlı tələblərini obyektiv şəkildə ortaya qoymaq imkanları yaradacaq. Cənab Roşbluan komissiya üzvləri arasında özünün hazırladığı qətnamə layihəsinə səs verən yeganə deputat oldu və çox təəccüblüdür ki, Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara isə heç özü də səs vermədi. Heç şübhəsiz, bu qərar onun mütəmadi olaraq Azərbaycana qarşı təşkil etdiyi qarayaxma kampaniyalarının məramına uyğun deyil. Bu axşam qəbul olunan qərardan qazanan Fransa-Azərbaycan dostluğu oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR