Gəncədə Milli Qəhrəmanlar muzeyi yaradılacaq

Gəncədə Milli Qəhrəmanlar muzeyi yaradılacaq
# 11 aprel 2015 11:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Milli Qəhrəmanlar muzeyi yaradılacaq.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. E. Vəliyev deyib ki, ölkənin hər yerində olduğu kimi Gəncədə də şəhidlərin xatirələri əziz tutulur, ailələrinə diqqət yetirilir və onların adına küçələr verilir. Qarabağ döyüşlərində Gəncənin 400-dən artıq şəhid verdiyini xatırladan E. Vəliyev əlavə edib ki, onların xatirəsinə Gəncədə Şəhidlər xiyabanında abidə kompleksi ucaldılıb. Yaxın günlərdə isə şəhərdə yeni Milli Qəhrəmanlar muzeyi yaradılacaq. İcra Hakimiyyəti başçısı Böyük Vətən Müharibəsi zamanı Azərbaycandan ilk Sovet İttifaqı qəhrəmanı adını alan İsrafil Məmmədovun Gəncədən olmasını xatırladıb, Milli Qəhrəmanlar muzeyinin bu şəhərdə də yaradılmasının vacibliyinə diqqət çəkib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR