İraqın baş naziri Moskvada səfərdədir

İraqın baş naziri Moskvada səfərdədir
# 21 may 2015 03:24 (UTC +04:00)

Bakı-APA. İraqın baş naziri Heydər əl-Abadi Rusiya paytaxtına gəlib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, əl-Abadinin səfərinin əsas məqsədi silah alışı ilə bağlı razılıq əldə etməkdi.

Bu gün İraqın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. əl-Abadi silah təchizatı ilə yanaşı Rusiya prezidenti ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, İraq ötən il Rusiyadan qırıcı təyyarələr və hərbi helikopterlər almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR