Sergey Lavrov: “Hazırda əsas məsələ atəşin dayandırılmasıdır”

Sergey Lavrov: “Hazırda əsas məsələ atəşin dayandırılmasıdır”
# 27 avqust 2014 17:29 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.

“Hazırda əsas məsələ atəşin dayandırılmasıdır. Və Ukrayna tərəfi özünün Cenevrədə 17 aprel razılaşmasında öhdəsinə götürdüyü kimi bütün Ukrayna regionlarını ümummilli dialoqa dəvət etməlidir”.

O, Ukrayna üzrə ATƏT-in təmas qrupunun fəaliyyətini bərpa etməsinin vacibliyini qeyd edib: “Minsk təmas qrupunun görüşləri üçün münasib yerdir. Luqansk və Donetskdə atışmalar gedir. Danışıqları Minskdə davam etdirmək olar”.

S.Lavrov əlavə edib ki, Rusiya Qərblə qarşıdurmada və sanksiyalar məsələsinin uzanmasında maraqlı deyil.

“Sadəcə deyə bilərəm ki, Ukraynaya qədər də Rusiyaya hücumlar var idi. Hər şey daha əvvəl başlayıb. Bizi Suriyada demokratik inqilaba mane olmaqda ittiham edirdilər, guya biz diktator Əsədə dəstək veririk. İndi isə Əsədlə daha iş görməyəcəklərini demiş o adamları dinləmək maraqlı olar. Bu gün məlum olur ki, istəsək də, istəməsək də, Əsədlə əməkdaşlıq etməli olacağıq, əgər “İslam dövləti” terrorçularına qalib gəlmək istəyiriksə”, - deyə Rusiya XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR