“Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri” mövzusunda tədbir keçirilib

“Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri” mövzusunda tədbir keçirilib
# 03 mart 2015 11:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Texniki Universitetində “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və digər müvafiq dövlət qurumlarının rəhbərləri, əməkdaşları iştirak ediblər.

Konfransda geniş məruzə ilə çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə qeyd edib ki, TQDK 1996-cı ildən etibarən məlumat bazalarının yaradılması, idarəedilməsi istiqamətində çox böyük işlər həyata keçirir. TQDK tərəfindən aparılan bütün işlər təkcə Komissiyanın fəaliyyətinə təsir göstərmir. Toplanılan məlumat bazalarından, həyata keçirilən elmi-statistik araşdırmaların nəticələrindən bütün ictimaiyyətin faydalanması üçün imkanlar yaradılır. O cümlədən, bu məlumat bazaları 20 il ərzində gender aspektindən müxtəlif göstəricilərin – ali və orta ixtisas təhsili almaq imkanlarının, ixtisaslar üzrə istəklərin, bilik səviyyəsi üzrə göstəricilərinin dəyişməsini izləməyə imkan verir.

M. Abbaszadə ali təhsilin bakalavriat, magistratura, rezidentura səviyyələrinə tələbə qəbulu və buraxılış imtahanlarının gender aspektləri, oğlanların və qızların qəbul və buraxılış imtahanlarında nümayiş etdirdikləri bilik və bacarın səviyyələri, test tapşırıqlarına cavablarının nəticələri, topladıqları balların paylanma histoqramları, ali təhsil müəssisələrinə ixtisas seçimində təzahür edən istəklərindəki ümumi və fərqli cəhətləri, ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri və s. barədə bir sıra məlumat və statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR