Bakıda 37 yaşlı kişi qohumunu ölümcül yaralayıb

Bakıda 37 yaşlı kişi qohumunu ölümcül yaralayıb
# 13 iyul 2015 08:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ağakişi Rəhman oğlu Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə öldürməyə cəhd edib.

B. Mahmudov ağır bədən xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində A. Hüseynov tutulub.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR