“Bəbirləri qoruyaq!” adlı II yay düşərgəsi başa çatıb - FOTO

“Bəbirləri qoruyaq!”  adlı II yay düşərgəsi başa çatıb - <span style="color: red;">FOTO
# 25 iyul 2014 21:47 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 30-dan çox məktəblinin iştirakı ilə təşkil edilmiş düşərgə Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

3 gün davam edən düşərgənin əsas məqsədi məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməki, onlarda təbiətə sevgi hissinin formalaşdırmaq, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırmaq və onun mühafizəsi işinin təbliğ etməkdən ibarət olub.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin əməkdaşı Sevinc Saruxanovanın sözlərinə görə, gənc nəslin təbiətə sevgi hissinin formalaşdırılması, ətraf mühit sahəsində maarifləndirilməsi və nadir növlər, xüsusən də Qafqaz bəbiri haqqında məlumatlandırılmasında düşərgə böyük əhəmiyyət kəsb edib. Bundan sonra da gənc nəslin nadir növlər, təbiətin mühafizəsi və ekoloji biliklərinin artırılması istiqamətində ekoloji təbliğat və maarifləndirmə tədbirləri davam etdiriləcək.

Düşərgənin sonunda məktəblilərə şəhadətnamə və dəyərli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR