DSX-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub

DSX-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub
# 07 may 2015 15:11 (UTC +04:00)

Bakı-APA. May ayının 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə DSX rəisinin müavini general-mayor Azad­ Ələkbərov və millət vəkili Aydın Mirzəzadə çıxış edərək görkəmli dövlət xadimi, dərin zəkaya və analtik təfəkkürə malik olan müdrik şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, ordu quruculuğu və Dövlət Sərhəd Xidmətinin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıblar.

Qeyd olunub ki, dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev öz siyasəti, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək şərqlə qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Xüsusi olaraq vurğulanıb ki, Heydər Əliyev imzaladığı fərman və sərəncamlarla, DSX-nın rəhbər heyəti ilə keçirdiyi görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siyasətimizi formalaşdırıb, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən edib. Bu gün Heydər Əliyevin siyasi kursunu Azərbaycan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev davam etdirir.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR