Ombusman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər

Ombusman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər
# 01 iyun 2015 13:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.


Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb.

Məhkumlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, müəssisənin yenidən qurulan və tikilməkdə olan tibb-sanitar hissəsinə və digər obyektlərinə baxışlar keçirilib, rəhbərliyə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.


Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR