Masallıda 11 yaşlı qızı minik avtomobili vurub - VİDEO

Masallıda 11 yaşlı qızı minik avtomobili vurub - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2014 18:13 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 1-də günorta saatlarında Masallı-Yardımlı şose yolunun rayonun Qəriblər kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Ədalət oğlu Ağayevin idarə etdiyi “Hyundai” markalı, minik avtomobili yolu keçmək istəyən piyada, Cəlilabad rayonunun Böyük Bəcrivan kənd sakini, 2003-cü il təvəllüdlü Aytən Nadir qızı Nəbiyevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Nəbiyeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib, amma vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR