Qarsın “Qafqaz” universitetində qondarma erməni soyqırımı ilə bağlı konfrans keçiriləcək

Qarsın “Qafqaz” universitetində qondarma erməni soyqırımı ilə bağlı konfrans keçiriləcək
# 06 may 2015 18:53 (UTC +04:00)

APA-nın Türkiyəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, S. Özcan “Qafqaz” universitetində qondarma erməni soyqırımı ilə bağlı mayın 27-də konfrans keçirəcəklərini deyib. S. Özcan bildirib ki, konfransda “Ölüm və sürgün” əsərinin müəllifi Castin Makkarti də iştirak edəcək: “Erməni qırğınları Qars şəhərində də yaşanıb. Qarsda kütləvi qəbiristanlıqlar var. İndi Qarsda həmin hadisələrin şahidi olan çox az adam qalıb. Biz mayın 27-də keçiriləcək konfransda hər şeyi sənədlərlə sübut edəcəyik. Ermənilər apardıqları təbliğatla uğur qazana bilməyəcəklər, buna əminəm. Əsası olmayan bir şeyi necə sübut edəcəklər?! Bir də mən ordan-burdan eşidirəm ki, guya bizim universitetdə erməni dili və ədəbiyyatı fakültəsi yaradılacaq. Burdan demək istəyirəm ki, bu cür xəbərlərin qətiyyən əsası yoxdur”.

S. Özcan “Qafqaz” universitetində dərs deyən azərbaycanlı müəllimlərdən razılığını ifadə edib: “Hazırda universitetimizdə 16 min 800 nəfər tələbə təhsil alır. Onlardan 568 nəfər tələbə əcnəbidir ki, onların arasında azərbaycanlı tələbələr də çoxluq təşkil edir”. “Qafqaz” universitetinin rektoru qeyd edib ki, azərbaycanlı tələbələrin yataqxana ilə təmin edilməsində problemlər var: “Bizim universitetin yataqxanası 200 nəfər üçün nəzərdə tutulub. Yəni, müəyyən kvota var. Buna görə də azərbaycanlı tələbələrin yer problemi yaranıb. Təbii ki, mümkün qədər bu problemi həll etməyə çalışırıq. Ancaq yataqxana problem olaraq qalmaqdadır. Azərbaycanlı iş adamları Qarsda bizim üçün yataqxanalar inşa etsələr yaxşı olar”. Sonda S. Özcan “Qafqaz” universiteti haqda məlumat verib.

Qeyd edək ki, 4-8 may tarixlərində Ərzurum, Qars və Iğdır şəhərlərinə təşkil olunacaq səfər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi, Mətbuat Şurası, TİKA, KİVDF, TRT və “Anadolu” agentliyinin Bakı nümayəndəliklərinin ortaq layihəsi olan Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Layihəsi (TAMEP) çərçivəsində həyata keçirilir. Səfərin məqsədi 1915-ci il hadisələrinin izlərini daşıyan bölgələrdə erməni zülmü bağlı yazılar hazırlamaqdır. Səfər zamanı eyni zamanda regiondakı media təmsilçiləri ilə görüş də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR