Bank Of Baku

Azərbaycan MSK-nın Ümid Partiyası tərəfindən təyin edilmiş üzvü Akif Qurbanov da Milli Məclisə seçkilərlə əlaqədar yekun protokolu imzalayıb

Azərbaycan MSK-nın Ümid Partiyası tərəfindən təyin edilmiş üzvü Akif Qurbanov da Milli Məclisə seçkilərlə əlaqədar yekun protokolu imzalayıb
# 22 noyabr 2010 14:06 (UTC +04:00)
Bu barədə APA-ya MSK-dan məlumat verilib. Məlumata görə, MSK-nın 22 noyabr tarixli iclasında yekun protokol səsverməyə çıxarılan zaman bitərəf qalan A. Qurbanov protokola iclas başa çatdıqdan sonra imza atıb. Bununla da yekun protokola MSK-nın 18 üzvündən 17-si, Gülağa Aslanlıdan (Müsavat) başqa bütün üzvlər imza atmış olub.

MSK katibi Natiq Məmmədov APA-ya deyib ki, A. Qurbanov yekun protokolun Konstitusiya Məhkəməsinə göndərilməsi məsələsində bitərəf qalıb: “Ancaq görünür, seçkinin nəticələri ilə razı olub ki, protokolu imzalayıb”.

MSK üzvü Akif Qurbanov telefon zənglərinə cavab vermədiyindən ondan münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, MSK-nın yekun protokoluna əsasən, Ümid Partiyasının təmsilçilərindən bir nəfər – partiya sədri İqbal Ağazadə deputat seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR