Son 4 ayda yol hərəkət qaydasını pozan 37256 piyada haqqında inzibati protokol tərtib olunub

Son 4 ayda yol hərəkət qaydasını pozan 37256 piyada haqqında inzibati protokol tərtib olunub
# 06 may 2013 09:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı yollarında son 4 ayda 1112 sərxoş sürücü aşkarlanıb. Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yanvar ayının 1-dən may ayının 4-nə qədər paytaxt ərazisində keçirilən tədbirlər nəticəsində 1112 sərxoş, qəza şəraiti yaradan 1415, işıqforun qırmızı işığında keçən 4593, surət həddini aşan 19021, dövlət nömrə nişanı olmayan 700, ötmə əməliyyatı, manevr etmə qaydasını pozan 1621, avtoxuliqanlıqla məşğul olan 87, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 2138 sürücü haqqında inzibati protokol tərtib edilib.

V. Əsədov onu da əlavə edib ki, yol hərəkət qaydasını pozan 37256 piyada haqqında inzibati protokol tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR