Nazir: “Regionlarda şagirdlərdən odun pulu yığılırsa, Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin”

Nazir: “Regionlarda şagirdlərdən odun pulu yığılırsa, Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin”
# 04 dekabr 2013 09:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov məktəblərin qış mövsümünə hazırlığı məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkənin digər bölgələrdə isə məktəblərin istiliklə təchizatı məsələsi yerli icra hakimiyyət orqanları tərəfində həyata keçirilir və keçirilməlidir. M. Cabbarov qeyd edib ki, bu da Azərbaycan təhsil sisteminin maliyyələşdirilməsi xüsusiyyətlərindən irəli gəlir.

M.Cabbarov bəzi region məktəblərində odun pulunun yığılması ilə bağlı sualı da cavablandırıb. Nazir qeyd edib ki, əgər regionlardakı məktəblərdə şagirdlərdən odun pulu məqsədilə hansısa vəsait yığılırsa, bununla bağlı Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR