Mustafa Cəmiloğlu: “Turçinova dedim ki, bütün ordunu Krıma göndərmək lazımdır”

Mustafa Cəmiloğlu: “Turçinova dedim ki, bütün ordunu Krıma göndərmək lazımdır”
# 28 fevral 2014 14:19 (UTC +04:00)

Bakı – APA. Krım-Tatar Məclisinin keçmiş rəhbəri, “Batkivşina” Partiyasının deputatı Mustafa Cəmiloğlu prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovdan bütün ordunu Krıma göndərməyi xahiş edib. APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, M.Cəmiloğlu bunu Ali Radanın binasında jurnalistlərə açıqlamasında deyib: “Mən Turçinovla danışdım ki, bizim nə qədər ordu hissəmiz varsa, hamısını Krıma göndərmək lazımdır. Digər vilayətlərdə hələlik təhlükə yoxdur. Fövqəladə vəziyyət tətbiq edib vəziyyətə nəzarətə götürməliyik. Mən hesab etmirəm ki, Rusiya geniş miqyaslı müharibəyə gedər. Lakin ölkəni müdafiə etmək lazımdır. İnsanlar mənə daim zəng edərək deyirlər ki, Ukrayna hökuməti nəsə edə bilmirsə, bizlə silah verin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR