Kliçko Yanukoviçlə teledebatlara yalnız onun istefaya gedəcəyi təqdirdə hazırdır

Kliçko Yanukoviçlə teledebatlara yalnız onun istefaya gedəcəyi təqdirdə hazırdır
# 11 fevral 2014 22:07 (UTC +04:00)

Bakı-APA. Ukraynanın müxalif “UDAR” partiyasının lideri Vitali Kliçko ölkə prezidenti Viktor Yanukoviçlə teledebatlara yalnız onun istefaya gedəcəyi təqdirdə hazırdır. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə o Facebook səhifəsində yazıb.

“Mən Yanukoviçlə teledebatlarda iştirak etməyə hazıram. Lakin o, əvvəlcə, cəsarətli bir addım atmalıdır. O ölkədəki kəskin siyasi və iqtisadi böhrana görə məsuliyyəti öz üzərinə götürməli və istefa verməlidir. Və prezident kampaniyası çərçivəsində mən hər an Yanukoviçlə debatlarda görüşməyə hazıram”, deyə Kliçko bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yanukoviç bundan əvvəl müxalif UDAR partiyasının lideri Vitali Kliçko ilə teledebatlara çıxmağa hazır olduğunu bildirib.

APA-nın məlumatına görə, bunu Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Andrey Lısenko deyib.

O bildirib ki, debatlar ümumrespublika telekanallarından birində keçiriləcək.

A.Lısenko onu da əlavə edib ki, Yanukoviç-Kliçko debatlarını müvafiq təkliflə çıxış edəcək istənilən dövlət yaxud da özəl telekanallar yayımlaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR