Bakı bulvarında quraşdırılan yeni «Şeytan çarxı»nda sınaq işləri aparılır

Bakı bulvarında quraşdırılan yeni «Şeytan çarxı»nda sınaq işləri aparılır
# 14 yanvar 2014 13:50 (UTC +04:00)

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov «APA-Economics»ə açıqlamasında bildirib ki, hazırda bulvarda karuseli quran Niderlandın «Dutch Wheels BV» şirkəti atraksionun sınaq işlərini həyata keçirir.

«Bu şirkət Avropanın atraksion sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən biridir. İndi onlar «Şeytan çarxı»nın sınaq işlərini aparırlar. Bu işlər yekunlaşdıqdan sonra karusel yaxın vaxtlarda istifadəyə veriləcək», - deyə N.Məcidov bildirib.

Xatırladaq ki, bu karuselin hündürlüyü təxminən 70 metr, diametri isə 60 metrdir. Karuselə qoşmaq üçün 30 ədəd vaqon gətirilib. Hər bir vaqonda 8 nəfər, ümumilikdə isə 240 nəfər əyləşə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR