Cəmil Çiçək: “Vətəndaşlarımız qısa zamanda azad edilməzsə, Türkiyə ciddi addımlar atacaq”

Cəmil Çiçək: “Vətəndaşlarımız qısa zamanda azad edilməzsə, Türkiyə ciddi addımlar atacaq”
# 12 iyun 2014 12:17 (UTC +04:00)

APA-nın məlumatına görə, C.Çiçək bəyanatını bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında elan edib.

C.Çiçək bəyanatında İraqın Mosul şəhərində 49 tükr diplomatının girov götürülməsini sərt qınayıb: “İŞİD Mosuldakı konsulluğumuzun baş konsul başda olmaqla 49 əməkdaşını girov götürüb. Bundan əlavə, bu təşkilat iki gün öncə Kilic keçid məntəqəsində 31 vətəndaşımızı girov götürüb. Biz İraqda tez bir zamanda sülhün və sabitliyin bərqərar olmasını arzulamaqla yanaşı, tez bir zamanda türk vətəndaşlarının azad edilməsi istiqamətinə fəaliyyət göstəririk. Biz Türkiyə olaraq baş verən hadisələri şiddətlə pisləyir və bunu insanlığa qarşı hərəkət hesab edirik. Əgər vətəndaşlarımız qısa zamanda azad edilməzsə, Türkiyə ciddi addımlar atacaq. Biz bunu bağışlamayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR