Azərbaycan-İran dövlət sərhədində «Radiobaryer» tipli seysmik aşkar etmə qurğusu quraşdırılıb

Azərbaycan-İran dövlət sərhədində «Radiobaryer» tipli seysmik aşkar etmə qurğusu quraşdırılıb
# 05 mart 2014 09:33 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ötən il Azərbaycan-İran dövlət sərhədində - Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində 17300 metr məsafədə «Radiobaryer» tipli seysmik aşkar etmə qurğusu quraşdırılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

Hazırda sərhəd dəstəsində «Radiobaryer» sistemlərinin quraşdırılması tədbirləri davam etdirilir.

Ötən il dövlət sərhədlərində sərhəd mühafizəsinin gücləndirilməsi məqsədi ilə 38097 metr mühəndis çəpəri, 13926 metr «Bruno spiral» tipli çətin keçilən maneə, helikopterlər üçün 136 ədəd enmə meydançaları, 7 ədəd körpü və zabit-gizir heyəti üçün 1186 mənzil inşa olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR