Dünən Azərbaycanda baş verən yol qəzalarında 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Dünən Azərbaycanda baş verən yol qəzalarında 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb
# 29 dekabr 2013 11:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublika ərazisində baş verən yol qəzalarında ölənlərin statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Qəzalardan ən ağırı Bakı-Şamaxı yolunda qeydə alınıb. Həmin qəzada 8 nəfər həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR