Dövlət Film Fondunda kinorejissor Muxtar Dadaşovun 100 illik yubileyi qeyd ediləcək

Dövlət Film Fondunda kinorejissor Muxtar Dadaşovun 100 illik yubileyi qeyd ediləcək
# 24 iyun 2013 09:30 (UTC +04:00)

Bakı. Turan Şakir-APA. İyunun 28-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Muxtar Dadaşovun 100 illik yubileyi qeyd ediləcək. Dövlət Film Fondundan APA-ya verilən məlumata görə, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş olunacaq, onun quruluş verdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.


Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatı dəstəyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR