Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
# 29 aprel 2014 09:56 (UTC +04:00)

Səhər bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-13, günün birinci yarısında 20-24, günün ikinci yarısında 16-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR