Naxçıvanda “Ağa Məhəmməd şah Qacar” tamaşasının premyerası keçirilib

Naxçıvanda “Ağa Məhəmməd şah Qacar” tamaşasının premyerası keçirilib
# 24 fevral 2014 13:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dramaturq Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tarixi dramı əsasında hazırlanmış “Ağa Məhəmməd şah Qacar” tamaşasının premyerası keçirilib.

Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Ağa Məhəmməd şah Qacar rolunda Muxtar Respublikanın əməkdar artisti Səməd Canbaxşıyev çıxış edib. Digər rollarda xalq artistləri Yasəmən Ramazanova (Ceyran xanım), Rza Xudiyev (Cəfərqulu xan), əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Bəhruz Haqverdiyev, Xəlil Hüseynov və başqaları oynayıblar.

Tamaşanın premyerasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR