Şarjada İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin biznes forumu keçiriləcək

Şarjada İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin biznes forumu keçiriləcək
# 25 fevral 2014 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin özəl sektorunun XVI toplantısı keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, toplantı martın 19-20-də Şarja şəhərində baş tutacaq.

Azərbaycanın Dubaydakı Baş Konsulluğu maraqlı tərəfləri adıçəkilən tədbirə iştiraka dəvət edir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştirak edə bilər. Sərgidə iştirak etmək istəyən iş adamları Azərbaycanın Dubaydakı Baş Konsulluğuna müraciət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR