Türkiyənin Azərbaycandakı səfiri Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
# 18 mart 2014 09:32 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşkun Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram mesajında baharın gəlişini və təbiətin oyanışını göstərən, eyni zamanda bolluq və bərəkət nişanı olan Novruz bayramının qardaş Azərbaycan xalqı və türk dünyasına sabitlik, sülh və bərəkət gətirməsi arzu olunur: “Bununla əlaqədar azərbaycanlı qardaşlarımın Novruz Bayramını səmimi qəlbdən təbrik edir, bu gözəl bayramla əlaqədar sevincimi və ən səmimi duyğularımı paylaşıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR