Mikayıl Cabbarov Qəbələdə vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Qəbələdə vətəndaşları qəbul edəcək
# 17 iyun 2014 11:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 23-də təhsil naziri Mikayıl Cabbarov Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan sakinləri qəbul edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 17, 18, 19 və 20 iyun tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Qeyd edək ki, vətəndaşların qəbulu 23 iyun saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR