“Kapital Bank” tibb işçiləri üçün kredit kampaniyası keçirir

“Kapital Bank” tibb işçiləri üçün kredit kampaniyası keçirir
# 16 iyun 2014 07:47 (UTC +04:00)

Bakı – APA-Economics. “Kapital Bank” 17 iyun tibb işçilərinin peşə bayramı günü münasibətilə tibb işçiləri üçün özəl kredit kampaniyası elan edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 17 iyun tarixindən 30 iyun tarixinədək nağd pul krediti almaq üçün “Kapital Bank”a müraciət edən tibb işçiləri 36 ayadək müddətə, maksimim 10 min manata qədər kredit ala bilər. Üstəlik, kreditə görə heç bir komissiya haqqı tutulmur.

Bank nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə və “MilliÖN” şəbəkəsi vasitəsilə də də həyata keçirmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR