Elmar Məmmədyarov QDİƏT Baş katibi Viktor Tsvirkunu qəbul edib - FOTO

Elmar Məmmədyarov QDİƏT Baş katibi Viktor Tsvirkunu qəbul edib - <span style="color: red;">FOTO
# 18 fevral 2014 20:02 (UTC +04:00)

Bakı-APA. Fevralın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Viktor Tsvirkunu qəbul edib.

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDİƏT arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Viktor Tsvirkun nazir Elmar Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqda məlumat verib. Həmçinin Azərbaycan tərəfinə təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Nazir Elmar Məmmədyarov QDİƏT Baş katibinə Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqda söhbət açıb. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti, onun həyata keçirdiyi ləyihələr haqda da məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR