Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO

Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub - <span style="color: red;">FOTO
# 01 oktyabr 2013 22:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin Baiya ştatına səfər edib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində azərbaycanlı diplomat bir sıra görüşlər keçirib.

Salvador şəhərinin meri Antonio Karlos Magalayeş Neto ilə görüşdə şəhərlərarası əməkdaşlığın yaradılması, təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Səfir E.Sultanov A.Netoya Azərbaycan-Braziliya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycanın regionlarının müasir və sürətli inkişafı barədə məlumat verib.

Baiya ştatı hökumətinin beynəlxalq məsələlər üzrə katibi Suzanna Sa ilə görüş zamanı Braziliyanın Baiya ştatı və Azərbaycan arasında iqtisadiyyat, təhsil, idman, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Səfir E.Sultanov Azərbaycan-Braziliya əlaqələri, son ildə müxtəlif sahələrdə, xüsusən humanitar sahədə həyata keçirilmiş layihə və tədbirlər haqqında danışıb. Suzanna Sa Baiya ştatının Azərbaycan ilə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib və bir neçə təşəbbüs irəli sürüb.

Baiya ştatının Federal Universitetinin rektoru Dora Leal ilə görüşdə bu ali məktəb ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın təşviq edilməsi, akademik dairələr arasında əlaqələrin yaradılması kimi məsələlər əsas müzakirə mövzusu olub. Rektor universitetin tarixi və tədris proqramları barədə məlumat verib.

Səfir E.Sultanov Azərbaycan hökumətinin təhsilin inkişafına böyük əhəmiyyət verdiyini, gənclərin xaricdə təhsil alması üzrə Dövlət Proqramının həyata keçirildiyini bildirib.

Görüşlərdə Azərbaycanın tarixini, mədəniyyətini, müasir inkişafını əks etdirən müvafiq materiallar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR