Günün ikinci yarısında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb

Günün ikinci yarısında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb
# 21 dekabr 2013 17:24 (UTC +04:00)

Bakı-APA. Bu gün respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evdə baş verib. Nəticədə evin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 40 kv.m və 1 otağı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın Goranboy rayonu, Alpout kəndində vətəndaşa məxsus ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın hadisəsi paytaxtda da baş verib. Belə ki, Bakının Yasamal rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli taxta konstruksiyadan ibarət kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus sahəsi 90 kv.m olan 3 otaqlı mənzildə yanğın baş verib. Nəticədə mənzildə tüstü bacasının ətrafı 10 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR