Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri: «Gələn il idxalın artacağı gözlənilir və bu, büdcə proqnozunun artıqlaması ilə icrasına səbəb olacaq»

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri: «Gələn il idxalın artacağı gözlənilir və bu, büdcə proqnozunun artıqlaması ilə icrasına səbəb olacaq»
# 07 noyabr 2013 10:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın gömrük orqanları tərəfindən 1 134,4 mln. manat həcmində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Ümumilikdə isə, 2013-cü il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) büdcə öhdəlikləri 1 380 mln. manat həcmində proqnozlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DGK-nin sədri Aydın Əliyev bildirib: «Ümid edirik ki, qarşıdakı iki ay ərzində büdcə tapşırığını tam yerinə yetirəcəyik».

Komitə sədri qeyd edib ki, 2014-cü il üçün hazırlanmış dövlət büdcəsinin layihəsi artıq noyabrın 12-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq: «Gələn il gömrük orqanları tərəfindən bu ilkindən 130 mln. manat çox, yəni 1 510 mln. manat həcmində vəsaitin dövlət büdcəsinə transfer edilməsi proqnozlaşdırılır. Həmçinin, Azərbaycana idxalın həcminin artacağı gözlənilir. Bu da büdcə proqnozunun artıqlaması ilə yerinə yetirilməsinə gətirib çıxaracaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR