Şəkidə üç ailənin yaşadığı binada yanğın olub

Şəkidə üç ailənin yaşadığı binada yanğın olub
# 21 fevral 2014 18:24 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Öryət kənd inzibati ərazisində, kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 450 kv/m olan, Nəcəfov Araz Abdulla oğlunun, Tovşanova Məhəmməd Mərdalı oğlunun və Azalova Nəsibə Zeynulla qızının ailələrinin yaşadığı yataqxana binasında baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMX-nin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 450 kv/m-lik ərazisi olan binanın 120 kv/m-lik ərazisi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. 2 ailə müəyyən əşyalarını yanğından xilas edə bilsə də, ancaq bir ailənin bütün əşya və sənədləri yanaraq külə dönüb.


FHN-nin Şəki rayon DYMX-dən APA-ya bildirilib ki, bu gün gün ərzində rayonun müxtəlif ərazilərində kol-kos olan sahələrdə ondan yuxarı yanğın hadisələri qeydə alınıb. Hal-hazırda rayon DYMX-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi Şəkinin Qırxbulaq kəndi ərazisində quru ot və kol-kos olan səhənin, daha bir yangınsöndürən maşını və canlı qüvvəsi qonşu Qax rayonunun Qaşqaçay kənd inzibatə ərazisində, “qanlı qobu” adlanan sahədə baş vermiş yanğının söndürülməsinə cəlb ediliblər. Rayon ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı FHN-nin Şəki rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR