Bakıətrafı qəsəbələrdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb

Bakıətrafı qəsəbələrdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb
# 24 iyun 2013 09:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yay mövsümünün başlanması ilə əlaqədar Bakıətrafı qəsəbələrdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında deyib ki, insanlar şəhərdən bağlara köçdüyünə görə Mərdəkan, Buzovna, Bilgəh, Pirşağa zonalarında çağırışların sayı artıb. Onun sözlərinə görə, artıq insanların bir çoxu yayla əlaqədar bağlara köçdüyünə görə, çağırışların sayında artım qeydə alınıb.

M. Həmidov qeyd edib ki, stansiyaya daxil olan ümumi çağırışların sayında isə hansısa fərq, azalma və ya artma yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR