Gecə Sabirabad və Bakıda yanğın baş verib

Gecə Sabirabad və Bakıda yanğın baş verib
# 12 fevral 2014 04:57 (UTC +04:00)

Bakı-APA. Gecə Sabirabad və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 186 kv.m olan mağazada yanğın baş verib. Nəticədə, mağazanın dam ortüyünün yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nəsimi rayonunda vətəndaşa məxsus avtomobil dayanacağında ümumi sahəsi 2 kv.m olan taxta konstruksiyadan ibarət gözətçi köşkündə yanğın olub. Nəticədə, köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR