Azərbaycanda IPI indeksi azalıb

Azərbaycanda IPI indeksi azalıb
# 19 fevral 2014 11:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2014-cü ilin yanvar ayında 94,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks ötən ilin dekabr ayı ilə müqayisədə 10,6 faiz bəndi azalıb:

Azalma ilə yanaşı, indeks 100%-dən aşağı səviyyəyə düşüb ki, bu da aylıq müqayisədə istehsalatda baş verən azalmadan xəbər verir. Belə ki, yanvar ayında istehsal edilmiş məhsulun dəyəri 2,758 mlrd. manat, dekabrda isə 2,905 mlrd. manat təşkil edib. Ümumilikdə, cədvəldən görünür ki, istehsalın aylıq dinamikasında böyük dəyişkənlik müşahidə olunur.

Qeyd edək ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR