Mehriban Əliyeva Badamdar qəsəbəsindəki 136 nömrəli uşaq bağçasının yenidənqurmadan sonra açılışında iştirak edib - FOTOSESSİYA

Mehriban Əliyeva Badamdar qəsəbəsindəki 136 nömrəli uşaq bağçasının yenidənqurmadan sonra açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2013 19:17 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak edib.

Azərbaycanın birinci xanımı binanın əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şərait barədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verərək bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin iyununda binada əsaslı yenidənqurma işlərinə başlanılıb və nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb.

Qeyd edilib ki, körpələr evi-uşaq bağçası 1969-cu ildə inşa edilib və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. Bağça 3 korpusdan ibarətdir. Burada 2-6 yaş arası 8 qrupda 150 uşağın təlim-tərbiyəsi ilə 18 pedaqoji və 8 texniki işçi məşğul olur. Qrupların sayına uyğun olaraq binadakı 28 otaq, həmçinin musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar bütün zəruri avadanlıqla təchiz edilib. Bağçanın otaqlarının divarları, dəhlizlər uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.

Bağçanın həyətində abadlıq işləri görülüb, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılıb. Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança yaradılıb. Yeni layihəyə əsasən bağçanın hər 3 korpusunda əlavə dizayn işləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR