Kamal Kılıçdaroğlu istefa verəcəyi barədə xəbərləri təkzib edib

Kamal Kılıçdaroğlu istefa verəcəyi barədə xəbərləri təkzib edib
# 31 mart 2014 12:55 (UTC +04:00)

APA-nın xəbərinə görə, K. Kılıçdaroğlu “Hürriyet”ə açıqlamasında partiyasının qazandığı nəticəni uğursuzluq kimi qiymətləndirmədiyini söyləyib və istefaya gedəcəyi haqda şayiələri təkzib edib.

CHP lideri seçkinin nəticələrini hərtərəfli təhlil edəcəklərini vurğulayıb: “Təbii ki, lazımi təhlillər aparacağıq, yanlışları, doğruları ortaya çıxaracağıq. Ancaq nəticəni uğursuzluq kimi görmək lazım deyil. Təməl problem bir-birimizi dinləməkdən uzaqlaşmağımızdır. AKP-lilər bizə qulaqlarını tıxadılar, nə söylədiyimizi heç dinləmək də istəmirlər. Onları inandırmaq bir günün işi deyil. Bunun üçün vaxt lazımdır”.

K. Kılıçdaroğlu CHP-nin İstanbul, Ankara və İzmirdə aldığı səs faizinin yüksəldiyini deyib: “Bütün böyük şəhərlərdə səslərimizi artırmışıq. Nəticələr mütəxəssislərlə, sosioloqlarla birlikdə təhlil olunacaq”.

Qeyd edək ki, CHP 30 mart seçkilərində Türkiyə miqyasında 29 faizə yaxın səs toplayıb. Partiya paytaxt Ankara şəhərində ciddi miqdarda səs alsa da, AKP namizədinə 1 faizdən az fərqlə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR