ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb

ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb
# 17 mart 2014 10:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, martın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 57 faizini təşkil edir. Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 3, Bankədə 6 sm azalma müşahidə olunub, Şirvanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309 sm, Şirvanda 135 sm, Salyanda 62 sm, Bankədə 167 sm, Araz çayının Novruzlu məntəqəsində isə 56 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR