Qazaxıstanda qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər xəsarət alıb

Qazaxıstanda qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər xəsarət alıb
# 19 aprel 2014 18:34 (UTC +04:00)

Bakı-APA. Almatıdan Atırau istiqamətində hərəkət edən sərnişin qatarı Qızılkoqin rayonu ərazisində relsdən çıxıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə baş verən zaman qatarda 495 sərnişin və şəxsi heyət üzvü olub. Makat rayon mərkəzindəki xəstəxanaya azı 6 xəsarət almış şəxs çatdırılıb.

Qalan sərnişinlər mikroavtobuslarla yaxınlıqdakı dəmiryolu stansiyasına daşınır.

Qeyd edək ki, hadisə zamanı 19 vaqondan 7-si aşıb, daha 5 vaqon isə relsdən çıxıb.

Sərnişinlərin təxliyəsinə 5 yanğınsöndürən briqada, 5 həkim briqadası, bir neçə polis maşını cəlb olunub. Hadisə yerinə həmçinin bir neçə helikopter cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR