Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 21 fevral 2014 06:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,39 dollar və ya 0,4% azalaraq 1 barelə görə 102,92 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, fevralın 20-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar və ya 0,2% azalaraq 110,30 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR