Pakistanda ABŞ konsulluğunun əməkdaşı qətlə yetirilib

Pakistanda ABŞ konsulluğunun əməkdaşı qətlə yetirilib
# 11 fevral 2014 10:41 (UTC +04:00)

Bakı – APA. Pakistanda ABŞ konsulluğunun əməkdaşı, pakistanlı Faysal Səid qətlə yetirilib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hadisə Pişəvar şəhərində baş verib.

Polisdən bildiriblər ki, diplomat evinə yaxınlaşarkən iki nəfər naməlum şəxs ona atəş açıb və sonra motosikletlə hadisə yerindən uzaqlaşıb.

Pakistanın hüquq-mühafizə orqanlarının məlumatında F.Səid ABŞ konsulluğunun sabiq əməkdaşı kimi təqdim olunsa da, ABŞ-ın Pakistandakı səfirliyinin bəyanatında o, konsulluğun ştat işçisi kimi göstərilib.

Hələlik heç bir terrorçu qruplaşma qətlə görə məsuliyyəti öz üzərinə götürməyb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR