Azərbaycanın iqtisadiyyat və sənaye naziri Monteneqroya səfər edəcək

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Monteneqroya səfər edəcək
# 03 mart 2014 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Martın 4-6-da Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Monteneqroda səfərdə olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası və Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək.

Monteneqroya səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, yerli müəssisələrin fəaliyyəti ilə tanış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR