«Bank of Baku» sabah «Bolkart» sahibləri üçün güzəştli aksiya keçirəcək

«Bank of Baku» sabah «Bolkart» sahibləri üçün güzəştli aksiya keçirəcək
# 13 fevral 2014 10:20 (UTC +04:00)

Bakı - APA-Economics. Fevralın 14-ü - Sevgililər günü ilə əlaqədar «Bank of Baku» ASC «Bolkart» sahibləri üçün «Sevgi dolu kampaniya»sı keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yalnız bir gün, fevralın 14-də «Bolkart» sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 14 ay ərzində bərabər hissələrlə ödəmək imkanı qazanırlar.

Beləliklə, «Bolkart» sahibi 3, 6 və ya 12 ay ödənişli mağazada fevralın 14-də alış-veriş edəcəyi təqdirdə, malın dəyərini 14 aya bölüb ödəyəcək. Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.

Xatırladaq ki, bir il öncə «Bolkart» müştəriləri üçün keçirilən analoji kampaniya kart sahiblərinin böyük marağına səbəb olub. O zaman cəmi bir gün ərzində «Bolkart»la 5 minə yaxın nağdsız ödəniş həyata keçirilib. Hazırda 200 minə yaxın Azərbaycan vətəndaşı «Bolkart»dan gündəlik istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR