Moskvada mobil telefon dükanlarına basqın etməkdə ittiham olunan iki azərbaycanlı saxlanılıb

Moskvada mobil telefon dükanlarına basqın etməkdə ittiham olunan iki azərbaycanlı saxlanılıb
# 14 mart 2014 08:46 (UTC +04:00)

APA-nın Rusiya DİN cinayət axtarış baş idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cinayətkarlar silahla hədə-qorxu gələrək həmin dükanlardan nağd pul və mobil telefonlar aparıblar.

Cinayətkar qrup üzvlərinin Moskvada 5 oxşar cinayət törətdiyi bildirilir.

Axtarış-əməliyyat tədbirləri nəticəsində Moskvanın Cənub və Cənub-Qərb dairələrində üç nəfər saxlanılıb. Onlardan biri Dağıstan Respublikasından olan 29 yaşlı xanımdır, digərləri isə 22 və 29 yaşlı Azərbaycan vətəndaşlarıdır.

Saxlanılan şəxslərin üzərindən 3 ədəd travmatik tapança, habelə 324 rubl aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR